Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 699.21 min dollar dəyərində məhsul ixrac edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə Azərbaycan Ermənistandan 96,5 min dollar dəyərində məhsul idxal edib.

 

Gununsesi.info