Kreml Moskvada avropalılarla mümkün görüş barədə danışıb

  • 25 Noyabr 2026 16:09

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya” telekanalının jurnalisti Olqa Knyazevaya verdiyi müsahibədə bildirib ki, Avropa nümayəndələrinin Moskvaya səfəri və ya Ukrayna ilə bağlı danışıqlarda iştirakı ilə bağlı heç bir razılaşma yoxdur.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Kremlin sözçüsü bildirib ki, “Moskvada avropalılarla görüş barədə hələlik razılıq yoxdur, onların üçtərəfli danışıqlarda iştirakı ilə bağlı qərar da yoxdur”.

Noyabrın 25-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Avropa nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı heç bir konkret məlumatın olmadığını bildirib.

O xatırladıb ki, Avropa nümayəndələri danışıqlar üçün Moskvaya gəlmək üçün dəvət alıblar, lakin Avropa Komissiyası müzakirədən imtina edib və Rusiya ilə dialoqa yalnız Ukraynada atəşkəsdən sonra başlayacağını bildirib.

Maqsud

Gununsesi.info