Bir neçə ay əvvəl iş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyeva artıq azadlıqdadır.
Gununesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə onunla bağlı sonuncu qərarı ləğv etdiyi üçün Allahverdiyeva həbsdən azad edilib.
Ötən ayın axırında Ali Məhkəmə məhkum xanımın kassasiya şikayətini təmin edib. Yüksək instansiyanın hakimləri əvvəlki məhkəmələrdə işə düzgün baxılmadığı, qərarın işin faktiki halları ilə uyğun gəlmədiyi və başqa qanun pozuntularına yol verildiyi qənaətinə gəliblər.
Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin qərarı tam ləğv edilib, iş yenidən baxılması üçün geri qaytarılıb. Həbslə bağlı qərar ləğv edildiyi üçün azyaşlı uşaq anası olan Gülşənin həbsdə qalmasına zərurət görülməyib. O, artıq azadlığa buraxılıb.












