“Barselona” Bakıya gəlib

  • Müəllif: Firuzə
  • 23 Noyabr 2026 22:47

İspaniyanın “Barselona” futbol klubunun üzvləri Bakıya gəlib.

Gununesi.info xəbər verir ki, komandanın üzvlərini gətirən təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Futbol klubunun üzvlərini hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, “Barselona” noyabrın 25-də UEFA Çempionlar Liqası çərçivəsində Bakıda “Sabah” klubu ilə qarşılaşacaq.

Gununesi.info