Gürcüstan prezidenti 232 məhkumu əfv edib

  • Müəllif: Firuzə
  • 23 Noyabr 2026 00:10

Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü (Giorqoba) münasibətilə 232 məhkumu əfv edib.

Gununesi.info xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Bildirilib ki, əfv olunanlardan 216-sı həbsdə olan məhkumlar, 16-sı isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza çəkən şəxslərdir.

Qeyd edək ki, Gürcüstanda noyabrın 23-də qeyd olunan Giorqoba, ölkənin ən mühüm dini bayramlarından biridir. Bu gün dövlət bayramı və qeyri-iş günü hesab olunur.

Gununesi.info