Polis noyabrın 20-də itkin düşmüş kimi axtarılan 4 nəfəri tapıb.
Gununsesi.info xəbər verir ki, həmin şəxslər ailə üzvlərinə xəbər vermədən yaşadıqları ünvanı tərk etdiklərinə görə axtarılırdılar.
Onlar polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.












