Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın onu G20 sammitinə dəvət etməsinə münasibət bildirib.
Gununesi.info xəbər verir ki, Putin dəvətə görə amerikalı həmkarına minnətdarlığını ifadə edib.
“Prezident Trampa G20 sammitinə dəvətinə görə çox minnətdaram. Lakin ilk növbədə ölkədə baş verənləri nəzərə almalıyam. Xaricə həddindən artıq tez-tez səfər etmək mənim üçün heç də həmişə rahat deyil. Amma istənilən halda bu dəvətə görə Donalda çox minnətdaram”, – deyə Rusiya Prezidenti bildirib.












