Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 175,3 milyon ABŞ dolları olan 4 888 ədəd minik avtomobili ixrac edilib.
Gununesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
Avtomobillərin dəyəri illik nisbətdə 3,13%, sayı isə 1 883 ədəd və yaxud 27,81% azalıb.
İlk 10 ayda Gürcüstandan ümumilikdə 1 milyard 721 milyon ABŞ dolları dəyərində 69 925 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7%-i Azərbaycanın payına düşüb.











