Orta pensiya 596 manata yaxınlaşdı

  • Müəllif: Orxan
  • 18 Noyabr 2026 10:54

Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb. Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.

Yaşa görə orta aylıq pensiya 633,5 manat, ailə başçısını itirməyə görə 600,5 manat, əlilliyə görə isə 480,4 manat təşkil edib.

Gununsesi.info