Azərbaycan və İsrail mədəni əməkdaşlığı genişləndirir

  • Müəllif: Orxan
  • 18 Noyabr 2026 11:02

Azərbaycan və İsrail arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli İsrailin Azərbaycandakı səfiri Ronen Kraus ilə görüşüb.

Nazir Azərbaycan-İsrail münasibətlərinin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.

Adil Kərimli qeyd edib ki, ölkələr arasında mədəni əlaqələr ildən-ilə genişlənir. İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və incəsənət layihələrində qarşılıqlı iştirak bu əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Ronen Kraus isə öz növbəsində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan-İsrail mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

1563517