Vətəndaş KaTv-dən narazılıq edir.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında qeyd edib.
“KATV-nin internet xidmətindən istifadə edirəm. Artıq 3 gündür internet yoxdur. Hər gün şirkətə zəng edərək problemin aradan qaldırılmasını tələb edirik. Hər dəfə ustanın həmin gün gələcəyi bildirilir, lakin heç kim gəlmir.
Bu gün isə müraciətimizə cavab olaraq pis hava şəraiti səbəbindən ustaların gələ bilmədiyi deyilib.
Üç gündür internet xidmətindən istifadə edə bilmirik, amma problem hələ də həll olunmayıb. Dünən Aztelekom və Citynet şirkətlərinə də müraciət etmişəm”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Günay












