Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununesi.info xəbər verir ki, bu barədə “Moldpress” Moldova Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Rusiya səfirinə etiraz notası təqdim edilib.
Moldova Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 17-də ölkənin hava məkanında yeddi pilotsuz uçuş aparatı qeydə alınıb. İlkin məlumatlara əsasən, beş PUA Çeltuitori, Poqornıçeni, Poqrebeni, Kuxureştii de Jos və Baksani yaşayış məntəqələrinin yaxınlığında yerə düşüb. Daha bir aparatın Oknitsa rayonunda düşməsi ehtimalı araşdırılır. Digər PUA isə Leova şəhəri yaxınlığında radar izləməsindən itib.












