Paşinyan müxalifəti Bakı ilə sülhün əsas maneəsi adlandırdı

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2026 22:46

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifəti Bakı ilə sülhə aparan əsas maneə adlandırıb.

Gununesi.info xəbər verir ki, bu barədə Paşinyan parlamentdə bildirib.

“Bu müxalifət özünü sülhə aparan əsas maneə kimi təqdim edir. Yəni, hazırda qəti və dönməz sülhə gedən yolda bir maneəmiz var – parlament müxalifəti”, – deyə o qeyd edib.

“Bizim iki seçimimiz var: ya ictimai təzyiq yaradırıq, müxalifət isə bu roldan imtina edir, ya da siyasi prosesləri elə idarə edirik ki, müxalifətin bu hissəsi parlamentdə təmsil olunmasın”, – deyə Paşinyan bildirib və qalan hər şeyin “texnika məsələsi” olduğunu vurğulayıb.

Gununesi.info