Ukrayna deputatları Azərbaycanın humanitar dəstəyini yüksək qiymətləndirdi

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2026 21:09
Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ali Radanın Azərbaycanda səfərdə olan deputatları ilə görüşüblər, söhbət zamanı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək yüksək qiymətləndirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini bildirib.

Ukrayna Ali Radasının deputatı Maksim Tkaçenko Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bölgənin inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Bununla belə, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirərək, bu dəstəyin iki ölkə arasında dostluq və həmrəylik münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Gununsesi.info