Vətəndaş KATV-nin internet xidmətindən şikayətçidir.
Gununsesi.info xəbər verir ki, vətəndaş sosial şəbəkədə paylaşım edərək internet xidmətinin tez-tez kəsilməsindən narazılığını bildirib.
O, paylaşımında qeyd edib ki, noyabrın 17-də saat 19:00 radələrində internet kəsilib və müraciətlərinə baxmayaraq, problem aradan qaldırılmayıb:
“Ay ərzində saatlarla internet gedir, lakin ay sonu 1 dəqiqə belə keçsə ödəniş olunmasa işləmir internet. Hər ay gedən saatları toplasan günlərlə işləmir internet. Səhifələrinə girirsən yazılan bütün mənfi rəyləri siləcək qədər düşmüş bir şirkətdir. Rabitə nazirliyinə şikayət etdim, 1-2 ay normal işlədi lakin sonrakı aylarda yenə də bərbad xidmətləri var. İşim internetlədir və hər internet işləməyəndə mən maddi baxımdan da zərər görürəm. Günü-gündən daha da bərbad xidmət göstərirlər”.
Qeyd edək ki, KATV-nin xidmətindən narazılıqla bağlı redaksiyamıza əvvəllər də müraciətlər daxil olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şəbnəm











