Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir? -ÖZƏL

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bununla bağlı Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Məleykə Abbaszadənin keçmiş vəzifəsinə kimin təyin olunacağı ilə bağlı suallar yaranıb.

Gununsesi.info-nun  əldə etdiyi məlumata görə, artıq Dövlət İmtahan Mərkəzinin sədri iddiasına düşən bir neçə şəxsin adı çəkilir.

Onların arasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin də adı çəkilir.

Qeyd edək ki, təhsil sahəsində də çalışmış Elnur Əliyev hazırda DİM-in Müşahidə Şurasının üzvüdür.

Xatırladaq ki, bu ayın əvvəlində DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri Süraya Cəfərova vəzifəsindən azad edilib.

Bundan başqa, DİM-in Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri Elşən Cabbarov da vəzifəsindən azad edilib.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info