Qulu Məhərrəmli Məleykə Abbaszadədən yazdı - “Tanrı DİM-i gələcək təhlükələrdən qorusun!”

  • 19 Noyabr 2026 15:33

Professor Qulu Məhərrəmli Dövlət İmtahan Mərkəzi (DİM) və qurumun sədri Məleykə Abbaszadə ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info xəbər verir ki, professor DİM-i Azərbaycanın ən şəffaf qurumlarından biri kimi qiymətləndirib.

O, Məleykə Abbaszadənin test üsulunun obyektivliyini və təmizliyini qorumaq, eləcə də mümkün neqativ hallara müqavimət göstərmək istiqamətində səylərini xüsusi vurğulayıb.

Qulu Məhərrəmli qeyd edib ki, cəmiyyətdə DİM-ə yalnız müştəri gözü ilə yanaşanlar da az deyil.

Professor paylaşımını quruma gələcəkdə yarana biləcək təhlükələrdən qorunması arzusu ilə yekunlaşdırıb:

“Tanrı DİM-i gələcək təhlükələrdən qorusun!”

Qeyd edək ki, Məleykə Abbaszadım DİM-dən uzaqlaşdırılaraq Bakı Dövlət Universitetinə rektor təyin olunub.

Elmar

Gununsesi.info