DMX-ə qəbul imtahanında dəyişiklik olacaq

Dövlət Miqrasiya Xidmətinə (DMX) qəbul imtahanının sual bölgüsündə dəyişiklik ediləcək.

Gununsesi.info xəbər verir ki, 2026-cı ildə keçiriləcək dekabrın 4-dən sonrakı qəbul imtahanlarında Azərbaycan dili fənni üzrə suallar olmayacaq.

Yeni qaydalara əsasən, namizədlərə ümumilikdə 100 sual təqdim ediləcək. Sualların bölgüsü belə olacaq:

  • Qanunvericilik – 50 sual;
  • Məntiq – 20 sual;
  • Dünyagörüşü – 15 sual;
  • Emosional zəka – 15 sual.

Beləliklə, Azərbaycan dili üzrə 15 sual imtahandan çıxarılacaq, onların yerinə emosional zəka üzrə 15 sual əlavə ediləcək.

Qeyd edək ki, dekabrın 4-də keçiriləcək qəbul imtahanında isə əvvəlki qaydalar qüvvədə qalacaq. Namizədlərə qanunvericilikdən 50, məntiqdən 20, Azərbaycan dilindən 15 və dünyagörüşündən 15 sual veriləcək.

Yeni qaydalar dekabrın 4-dən sonra keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq.

 

Vüsal 

Gununsesi.info