Qızıl və gümüş ucuzlaşıb

  • Müəllif: Orxan
  • 21 Noyabr 2026 10:05

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb.

Gununsesi.info xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 3.98% azalaraq 3.539 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 7.39% ucuzlaşaraq 41.08 ABŞ dolları təşkil edib.