Badamdardakı sürüşmə davam edir, çatlar böyüyüb – RƏSMİ

  • Müəllif: Orxan
  • 20 Noyabr 2026 13:39

Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.

Bu barədə Gununsesi.info-ya Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidə vəziyyətin dinamikası izlənilir.

Gununsesi.info