Bir neçə gün əvvəl silahlı insident törədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 75 saylı Yol İstismarı İdarəsinin rəisi Arif Abbasovun həbsi barədə məlumat vermişdik.
Gununsesi.infonun əldə etdiyi məlumata görə, Arif Abbasovun vəkilləri onun barəsində Mingəçevir Şəhər Məhkəməsi tərəfindən seçilmiş 3 aylıq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Şəki Apellyasiya Məhkəməsinə vəsatət veriblər.
Lakin məhkəmə prosesində müdafiə tərəfinin vəsatəti təmin edilməyib. Beləliklə, Arif Abbasov barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Xatırladaq ki, Arif Abbasov yaxın qohumları ilə restoranda mübahisə edib.
Mübahisə zamanı o, avtomobilində olan odlu silahla həmin şəxslərə atəş açmağa cəhd göstərib. Lakin zərərsizləşdirilərək saxlanılıb.
Afət Abbasova












