İlham Zəkiyev Misirdə Qran-prinin bürünc medalını qazandı

  • Müəllif: Firuzə
  • 21 Noyabr 2026 23:16

Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.

Bu barədə Gununesi.info-ya Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Paracüdoçumuz 1/8 finalda britaniyalı Den İnqliş üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.

Gununesi.info