Tramp: İranla daimi razılaşma əldə edəcəyəm

  • Müəllif: Firuzə
  • 21 Noyabr 2026 21:00

ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh razılaşmasının müvəqqəti deyil, daimi xarakter daşımalı olduğunu bildirib.

Gununesi.info xəbər verir ki, Amerika lideri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Mən İranla daimi xarakter daşıyan sülh razılaşması əldə edəcəyəm. Onların nüvə silahına sahib olmasına imkan verməyəcəyəm”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin İranda hakimiyyət dəyişikliyində maraqlı olmadığını bildirib.

Gununesi.info