İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

  • Müəllif: Firuzə
  • 22 Noyabr 2026 12:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Aunu milli bayram münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, təbrikdə deyilir:

“Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Gununsesi.info