ABŞ-də kibercinayətlərlə bağlı şikayətlər 1 milyonu ötüb

  • Müəllif: Firuzə
  • 22 Noyabr 2026 23:26

ABŞ-də kibercinayətlərlə bağlı daxil olan illik şikayətlərin sayı bir milyondan çox olub.

Gununesi.info xəbər verir ki, bu barədə Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton CNN-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə FTB-yə təxminən 800 min kiberinsident barədə məlumat daxil olub. Son göstəricilərə əsasən, bu rəqəm bir milyonu ötüb.

Kleyton kibertəhdidlərin real təhlükə olduğunu vurğulamaqla yanaşı, ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruduğunu qeyd edib.

Gununesi.info