Estoniyanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN-in yaydığı bəyanatda Estoniyanın Ukrayna dronlarının Rusiyanın şimal-qərbinə hücumlar üçün hava məkanı üzərindən uçmasına gizlicə icazə verdiyi də qeyd olunub.
Bildirilib ki, Tallinin Moskvaya qarşı təxribatçı hərəkətləri Rusiya ilə açıq müharibə həddindədir. Vurğulanıb ki, Rusiya öz milli maraqlarını və Rusiya vətəndaşlarının qanuni hüquqlarını qorumaq üçün hərtərəfli siyasi və diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.












