Uzun illər PA rəhbəri Ramiz Mehdiyevin təzyiqləri altında yaşayan və rəhbərlik etdiyi “Yeni Azərbaycan” qəzetindən uzaqlaşdırılan Alqış Həsənoğlu onun kitablarının yığışdırılıb-yığışdırılmamasıı barədə müzakirələrə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, A.Həsənoğlu deyib ki, bu barədə heç düşünməyə dəyməz: “Cünki mehdiyevin “kitabları” deyilən makulatura heç bir informasiya yükü daşımayan , ideyası, məzmunu olmayan söz yığınıdr.
Qadağan yox, kitabxanaları Mehdiyevin ideoloji tullantılarından – zibillərindən təmizləmək olar.
Bu qərarı isə yalnız kitabxanalar verə bilər, belə ki, mehdiyevin “yaradıçılığına” inzibati- hüquqi müdaxilənin yeri yoxdur”.
Günay Mahirqızı
Gununsesi.info












