46 yaşlı kişi “Günəşli” hoteldə öldü

  • Müəllif: Orxan
  • 23 Noyabr 2026 13:45

Bakıda hoteldə ölüm hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə noyabrın 22-si saat 18 radələrində Xətai rayonu Babək prospektində yerləşən “Günəşli” hoteldə qeydə alınıb.

Orada istirahət edən 1980-ci il təvəllüdlü Ə.Şirinov səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info