Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun tələbəlik illərinə aid arxiv görüntüsü sosial şəbəkələrdə yayılıb.
Gununesi.info xəbər verir ki, görüntü 2011-ci ildə ABŞ-nin Harvard Universitetinin Con Kennedi adına Dövlət İdarəçiliyi Məktəbini bitirdiyi gün çəkilib.
Qeyd edək ki, Vüsal Hüseynov 2010–2011-ci illərdə Dövlət Proqramı və “Fulbright” təqaüdü ilə həmin universitetdə dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.
O, 2015–2018-ci illərdə Milli Məclisin deputatı olub. 2018-ci ilin aprel ayından isə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışır.
Günay












