Azərbaycanlı güləşçi Sadiq Mustafazadə antidopinq qaydalarını pozduğuna görə üç il müddətinə yarışlardan kənarlaşdırılıb.
Gununesi.info xəbər verir ki, idmançının dopinq nümunəsində qadağan edilmiş “19-norandrosterone” maddəsi aşkarlanıb.
Mustafazadə antidopinq qaydalarının 2.1-ci (idmançının nümunəsində qadağan edilmiş maddənin və ya onun metabolitlərinin, markerlərinin mövcudluğu) və 2.2-ci (qadağan edilmiş maddədən və ya üsuldan istifadə, yaxud istifadə cəhdi) bəndlərini pozmaqda təqsirli bilinib.
Güləşçinin diskvalifikasiya müddəti 30 aprel 2026-cı ildən başlayıb və 29 aprel 2029-cu ildə başa çatacaq.











