Dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə qanunsuz keçmək istəyən Əfqanıstan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, Astara Rayon Məhkəməsində hakim Emin Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən E.N, G.Y, G.C, İ.Ə, G.S 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmin şəxslər cəzalarını başa vurduqdan sonra ölkədən çıxarılacaqlar.
Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyərkən Astarada Dövlət Sərhəd Xidmətinin sərhəd naryadları tərəfindən saxlanılıblar.
Onlara Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə keçmə) maddəsi ilə ittiham irəli sürülüb.











