Bugünkü görüş zamanı iqtisadi-ticarət sahəsi ətrafında da fikir mübadiləsi apardıq.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Hzırklı ticarət dövriyyəsi qənaətbəxş deyil, potensialımız daha yüksəkdir. Bəlli baxışımız odur ki, bu istiqamətdə lazımi addımlar atılacaq. Litvalı həmkarım ilə bir qrup şirkət rəhbələri də Bakıya gəlib və sabah iki ölkə arasında biznes forum təşkil olunacaq. Bu isə şübhəsiz, qarşlıqlı iş birliyi üçün olduqca önəmlidir.
Biz iki dövlətin əlaqələndirici qurumları olaraq iş adamlarından əlaqəlrin yüngülləşdirilməsi, dəstək üçün lazımi mexanizmləri də müzakirə etməyi razılaşdıq”.











