Evdən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Noyabrın 21-də Sumqayıt şəhərində oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Gununesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Gecə saatlarında şəhər ərazisində yerləşən evlərin birindən 400 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.

Polis tərəfindən keçirilən tədbirlə əməli törədən narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Həsənzadə müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.

 

Gununesi.info