İmamoğlunun diplomunun ləğvi qərarı qüvvədə qaldı

  • Müəllif: Orxan
  • 25 Noyabr 2026 14:02

Türkiyənin ali inzibati məhkəməsi olan Danıştay İstanbulun keçmiş meri Əkrəm İmamoğlunun diplomunun ləğvi ilə bağlı kassasiya şikayətini rədd edib. Bununla da diplomun ləğvi barədə qərar qüvvədə qalıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, iş İmamoğlunun 1990-cı ildə Şimali Kiprdəki ali məktəbdən İstanbul Universitetinə köçürülməsi zamanı qaydaların pozulması ilə bağlıdır.

Türkiyə Konstitusiyasının 101-ci maddəsinə əsasən, prezidentliyə namizədin ali təhsili olmalıdır. Diplomun ləğvi İmamoğlunun namizədliyi üçün hüquqi maneə yaradır.

Gununsesi.info