Ərdoğan Xəlifə Həftərlə görüş keçirib - FOTO

  • Müəllif: Firuzə
  • 25 Noyabr 2026 19:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun baş komandanı, marşal Xəlifə Həftəri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gununesi.info xəbər verir ki, görüş bu gün Ankarada Prezident Sarayında keçirilib.

Görüş mətbuat üçün qapalı olub.

Qeyd edək ki, Türkiyədə rəsmi səfərdə olan Xəlifə Həftər Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla da görüşüb.

Liviya Milli Ordusunun baş komandanı Xəlifə Həftər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Gununesi.info