On ayda 42 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

  • Müəllif: Firuzə
  • 26 Noyabr 2026 11:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-oktyabr aylarında 42360 uşağa xidmətlər göstərilib.

ƏƏSMN-dən Gununesi.info-ya verilən məlumata görə, onlardan əlilliyi olan 1952 uşaq stasionar, 25314 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bildirilib ki, bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Gununesi.info