Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə onun alman dilinə tərcümə edilmiş 25 seçilmiş şeirindən ibarət kitabın təqdimatı keçirilib.
Gununesi.info xəbər verir ki, tədbirdə Mərkəzin direktoru Leyla Qasımova, Vurğunşünas alim Aslan Salmansoy, redaktor və tərcüməçi Mixael Hess çıxış edərək şairin zəngin ədəbi irsi və yeni nəşrin əhəmiyyəti barədə danışıblar.
Tədbirin bədii hissəsində Gülər Əzizova və avstriyalı aktyor Konstantin Zander Səməd Vurğunun əsərlərini Azərbaycan və alman dillərində səsləndiriblər.
Şairin nəticəsi, Səməd Vurğunun Ev-Muzeyinin direktoru Vurğun Vəkilov isə fortepianoda musiqi əsərləri ifa edib.












