Su çuxurundan qadın meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 25 Noyabr 2026 21:06

Bərdədə su çuxurundan qadın meyiti tapılıb.

Gununesi.info  Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

Yevlax rayon sakini 1982-ci il təvəllüdlü Nigar Məmmədovanın su çuxurundan meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdları cəlb olunub.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başlanılıb.

Gununesi.info