Pensiya artımı bahalaşmanı qarşılaya bilmir – Deputat

“Qiymət artımı ilə pensiyaların artırılması arasında ciddi fərq var və bu fərq həmişə olub”.

Gununesi.info  xəbər verir ki, deputat bu barədə “Gündəm müzakirəsi” verilişində danışıb.

“Bu gün bazarlarda və marketlərdə qiymətlər sürətlə artır. İnsanların sosial vəziyyətinin isə günü-gündən yaxşılaşdığını demək çətindir. Bir çox insan qazancı ilə xərcləri arasında tarazlıq yaratmağa, aylıq gəliri ilə dolanmağa çalışır.

Bu səbəbdən insanlar daha çox yarmarkalara və ucuz məhsul satılan yerlərə üz tuturlar. Bəzən isə ucuz məhsul almaq istəyərkən möhtəkirlərin qurbanına çevrilirlər. Tərkibi və keyfiyyəti bəlli olmayan yağları, zeytun yağı adı ilə satılan müxtəlif məhsulları almağa məcbur qalırlar. İnsanlar ucuz məhsullara üstünlük verməklə dolanışıqlarını təmin etməyə çalışırlar.

Digər tərəfdən, ölkədə elə bir təbəqə də var ki, onlar geyimlərini yeniləyir, televizor, soyuducu və mebel alır, səyahət edir, avtomobillərini dəyişirlər. Düşünürəm ki, bu imkanlara malik insanlar əhalinin təxminən 15-20 faizini təşkil edir. Lakin aztəminatlı təbəqə əvvəlki vəziyyətində qalır. Bu da mövcud reallıqdır”.

 

Şəbnəm

Gununesi.info