Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 4-də Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, qəbulda Ağsu və İsmayıllı rayonlarının sakinləri iştirak edə biləcəklər.

Vətəndaşların qəbulu saat 10:00-da başlayacaq.

 

Gununsesi.info