Özbəkistanda səfərbərliklə bağlı yeni qanun qəbul edildi

Özbəkistan Senatı ölkənin mümkün hərbi təhdidlərə hazırlanması, ordunun lazımi vəsaitlə təmin olunması və fövqəladə vəziyyətlərdə dövlətin fəaliyyət qaydalarını müəyyən edən qanunu təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, qanuna əsasən, səfərbərlik zamanı vətəndaşlar sağlamlıq vəziyyəti və ailə durumları nəzərə alınmaqla hərbi xidmətə çağırılacaqlar.

Bəzi vətəndaşlar üçün möhlət hüququ nəzərdə tutulub. Hərbi xidmətə çağırılan şəxslərin iş yerləri isə saxlanılacaq.

Bundan başqa, Silahlı Qüvvələrin ehtiyacları üçün vətəndaşların və qurumların əmlakından, eləcə də nəqliyyat vasitələrindən istifadə edilə biləcək. Bu halda yaranan xərclər qarşılanacaq.

 

 

Gununsesi.info