Dron hücumuna məruz qalan təyyarə Helsinkidə eniş edib

  • Müəllif: Orxan
  • 27 Noyabr 2026 16:56

İstanbuldan Sankt-Peterburqa uçan təyyarə Rusiya şəhərinə dron hücumundan sonra Finlandiya paytaxtının hava limanına planlaşdırılmamış eniş edib.

Gununsesi.info xəbər verir ki, pilotsuz uçuş aparatlarının (PUA) hücumları riski səbəbindən Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər qoyulub.

Türk Hava Yollarına məxsus təyyarə Helsinki-Vantaa hava limanına eniş etmək məcburiyyətində qalıb.

Məlumatda qeyd olunur ki, “yanacaq doldurduqdan sonra təyyarə İstanbula geri qayıdıb”.

Qeyd edək ki, 27 noyabr gecəsi Sankt-Peterburq və Leninqrad vilayəti dron hücumlarına məruz qalıb.

Şəhər administrasiyasının mətbuat xidməti 45 dronun məhv edildiyini bildirib.

Maqsud

Gununsesi.info