Ər və arvad ağır qəzaya düşdü, ölən var

  • Müəllif: Orxan
  • 28 Noyabr 2026 10:08

Ötən gün Ağsuda yol qəzası baş verib. 

Gununsesi.info xəbər verir ki, Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”nın sürücüsü xəsarət alıb, sərnişini olan həyat yoldaşı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Gununsesi.info