Qubad İbadoğlunun istintaqı başa çatıb

  • By admin
  • 17 Aprel 2024 17:02

Qubad İbadoğlunun barəsində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşmaq üzrədir, bugün yekun ittiham elan olundu. İttiham dəyişməyib, həmin maddələr qalır”.

Bunu Gununsesi.info-ya açıqlamasında cəkil Şəhla Hümbətova deyib.
Vəkilin sözlərinə görə, İbadoğluna Cinayət Məcəlləsini.  167-3.1. Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma və 204.3.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma maddələri ilə ittiham verilib.

Qeyd edək ki, Qubad İbadoğlu özünü təqsirli bilmir. ABŞ və Avropa ölkələrinin hökumətləri, həmçinin beynəlxalq təşkilatlar hökumətdən onu azad etməyi istəyib.

Gununsesi.info