Şükür Həmidovun qızı Əzizə Həmidovanın toy mərasimi keçirilir.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun qızı Əzizə Həmidovavın toyudur.
Gununsesi.info xəbər verir ki, toy mərasimi Grand Opera şadlıq sarayında keçirilir.
Toy mərasimdə bir sıra rayon və şəhər icra hakimiyyəti orqanlarının başçıları, Milli Məclisin üzvləri, ayrı-ayrı vəzifəli şəxslər də iştirak edir. Xatırladaq ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən “Lələtəpə” strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.
@gununsesi.info Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur
Orxan












