Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gununsesi.info xəbər verir ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.
Belə ki, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.









