İran və Omandan Hörmüzlə bağlı önəmli razılaşma

  • Müəllif: Firuzə
  • 16 Avqust 2026 10:30

İran və Oman Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı xəritəni razılaşdırıblar, lakin bəzi məsələlər üzrə danışıqlar hələ də davam edir.

Gununsesi.info-nun Press TV telekanalına istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Tehran və Maskat boğazdan gəmilərin keçidi üçün marşrut xəritəsini razılaşdırıb, lakin bəzi məsələlər hələ də müzakirə olunur.

Gununsesi.info