Tiflisdə atışma olub - Yaralılar var

  • By Mina
  • 17 Aprel 2024 16:58

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində atışma qeydə alınıb.

Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə Vake rayonunda, Tabidze küçəsində baş verib.

Üç nəfər yaralanıb, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs maska ​​taxıb.

O, küçə ilə hərəkət edən gəncə atəş açmağa başlayıb. Onun mühafizəçisi atəş açıb və hücumçunu yaralayıb.

Cinayətin motivi məlum deyil.

Gununsesi.info