“Qafqazinfo” 16 yaşında

  • Müəllif: Firuzə
  • 16 Avqust 2026 10:48

Azərbaycanın media məkanında öz dəst-xətti və operativ xəbərçilik prinsipi ilə seçilən Qafqazinfo bu gün 16 yaşını qeyd edir.

2010-cu ildə fəaliyyətə başlayan portal ötən 16 il ərzində ölkədə və dünyada baş verən mühüm hadisələrin oxuculara operativ və dolğun şəkildə çatdırılmasına öz töhfəsini verib. İllər keçdikcə peşəkar kollektivini formalaşdıran Qafqazinfo bu gün geniş informasiya resursuna çevrilərək gündəlik xəbər axınında mühüm yer tutur.

Paytaxtla yanaşı, Azərbaycanın müxtəlif bölgələrində baş verən hadisələrin işıqlandırılması, xəbərlərin Azərbaycan və rus dillərində təqdim olunması, günün 24 saatı operativ informasiya çatdırılması portalın əsas fəaliyyət istiqamətlərindəndir.

16 il ərzində qazandığı oxucu etimadı və formalaşdırdığı media ənənəsi Qafqazinfo-nun keçdiyi yolun göstəricisidir.

Gununsesi.info olaraq Qafqazinfo kollektivini 16 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, bütün əməkdaşlarına möhkəm cansağlığı, yaradıcılıq enerjisi və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Qafqazinfo-ya informasiya məkanında daha uzun və uğurlu illər diləyirik!

Gununsesi.info