1974-cü ildə Havanada keçirilmiş həvəskar boksçular arasında ilk dünya çempionatının qalibi, 1976-cı il Monreal Olimpiadasının gümüş mükafatçısı Rüfət Risqiyev uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat edib.
Gununsesi.info bildirir ki, “Daşkənd pələngi” ləqəbi ilə tanınan Rüfət Risqiyev öz dövrünün ən güclü boksçularından biri idi. O, həmçinin dörd dəfə SSRİ çempionu olmuş, Özbəkistan boksunun dünya miqyasında tanınmasına böyük töhfə vermişdi.
Onun rinqdəki döyüşləri, əzmkarlığı və xarakteri bütöv bir nəsil üçün örnək oldu. Böyük idmançıların qazandıqları titullar tarixə düşür, lakin onların qoyduğu iz və xatirə daha uzun yaşayır.
Rüfət Risqiyevin əziz xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!









